Hörmətli Ağdamlılar bildiyiniz kimi Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkiləri olə əlaqədar 119 saylı Ağdam seçki dairəsindən deputatlığa 9 namizəd qeydə alınmışdır.
Mən bu gün onlardan birini sizə tanıtmaq qərarına gəldim. Doğurdanda bizim hak səsimizi dünyaya çatdıracaq bir şəxsi. Çox savadlı intellektual bir gənc xanım namizədi.
Hansı ki illərdir bizim belə bir Millət vəkilinə Ağdamlı olaraq çox ehtiyacımız var idi.
Bəli söhbət bütün Azərbaycan xalqının fəxri, Milli qəhrəman Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərovadan gedir.
Namizədlərin təşviqat kampaniyası başlayan günnən Ağdamın bütün kəndlərini qarış qarış gəzən və vətəndaşlarla görüş keçirən, problemləri ilə yaxından maraqlanan birisidir Şəbnəm xanım.
Ağdamda əhalinin ona xüsusi bir hörməti və məhəbbəti var.
Səfərova Şəbnəm Ağdam şəhərində anadan olmuşdur.
2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (indiki UNEC) Ümumi İqtisadiyyat fakültəsinin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisasında, Xüsusi İstedadlar Qrupunda (XİQ) təhsil alaraq bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2016-2018-ci illər ərzində ADA universitetində “MBA – Biznesin İdarə Edilməsi” üzrə magistratura dərəcəsini bitirmişdir. Hazırda, “Texnoloji innovasiyalar iqtisadiyyatı” üzrə doktorantura dərəcəsinə namizəddir.
Artıq ölkəmiz yeni bir dövrə qədəm qoyub. Regionda bir çox reallıqları diqtə edən ölkəyə çevrilib. Ağdam seçiciləri nəzərə almalıdılar ki, onların səs verdikləri namizəd ölkə daxilində, Parlamentdə Ağdamı təmsil etdiyi kimi, dünyada da Azərbaycanı, Qarabağı təmsil edəcək.
Bir sentyabr parlament seçkilərində Ağdamlıları ən uğurlu namizədə səs verməyə dəvət edirik.