Helikopteri qəzaya uörayan İran prezidenti sağdır?

Опубликовано: 19 Май 2024
на канале: Orxan Sirinli ŞO TV
26,130
267

"İran prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığında sərt eniş edib".

Bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi məlumat verib.

"Prezident duman səbəbindən çətin eniş edən bir neçə helikopterdən birində geri qayıdırdı, xilasedicilər əraziyə gedirlər, lakin duman və pis hava şəraiti səbəbindən bu bir qədər vaxt apara bilər", - deyə nazir qeyd edib.

Bildirilib ki, helikopterdə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və bir neçə İran rəsmisi də olub.