Tanınmış plastik cərrahı öldürən əri barəsində həbs qətimkan tədbiri seçilib
Arvadını qətlə yetirməkdə ittiham olunan Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsində qapalı keçirilən iclasda istintaq orqanının təqdimatı təmin edilib.
Qərara əsasən, Muhammet Gündüz barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Muhammet Gündüz məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini, əməlindən peşman olduğunu deyib.
Qeyd edək ki, dünən - mayın 7-si saat 00 radələrində 1982-ci il təvəllüdlü Türkanə Gündüzün ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı arvadı Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muhammet Gündüz şübhəli şəxs qismində tutulub.
Qətlə yetirilən Türkanə Gündüz tanınmış həkim olub. O, ölümünə qədər klinikalardan birində plastik-cərrah kimi fəaliyyət göstərib.