REJİSSORDAN ƏXLAQSIZ TƏKLİF ALAN AKTRİSA

Опубликовано: 20 Октябрь 2024
на канале: BİLİNMEYEN GERÇEKLER
419
21

Sponsorluq, Reklam və İş təklifləri üçün;
  / farahimgasim   (DM)
  / blnm_yengercekler   (DM)
[email protected] (e-mail)

Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib, həm şair, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima xanım da maarifpərvər qadın idi. Sovet hakimiyyəti illərində fəal komsomolçu olan Xoşsima xanım, dövlət və partiya xadimi, publisist, alim, məsul vəzifələrdə çalışan Ruhulla Axundovun bacısı idi. 1930-cu illərdə sovet hökumətinin həyata keçirdiyi repressiya siyasəti, onlara da dağ çəkib. 1931-ci ildə atası Haşım bəy qəflətən vəfat edib. Ancaq ailənin dərdi bununla bitməyib. Nəcibə Məlikovanın dayısı Ruhulla Axundov, 1938-ci ilin yayında həbs olunub. Dayısı repressiya siyasətinin güdazına getdikdən sonra Nəcibə xanımgilin də qara günləri başlayıb. Bütün çətinliklərə, maneələrə baxmayaraq, həyatlarına davam edib, yaxşı təhsil almağa çalışıblar. Nəcibə Məlikova uşaqlıqdan həkim olmaq istəyib. Amma Tibb İnstitutunda oxumaq arzusu “xalq düşməni”nin bacısı qızı olduğuna görə ürəyində qalıb. Orta məktəbi bitirən Nəcibə Məlikova stenoqrafçı işləyib. Sonra sənədlərini Bakı Teatr Məktəbinə vermək məcburiyyətində qalıb. O zaman ağlına da gətirməyib ki, könülsüz təhsil almağa başladığı bu sənət, onun taleyində böyük rol oynayacaq.

İstifadə edilmişdir:
"Ögey Ana" filmi
   • Ögey ana (1958)  

Əhməd haradadır?
   • Əhməd haradadır? (1963)  

Arşın mal alan (1965)
   • Arşın mal alan (1965)  

Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN!

Məni izlədiyiniz üçün Təşəkkür edirəm!