Nicat Menali - Telesmeden

Опубликовано: 01 Январь 1970
на канале: Nicat Menali Music
39,944
571

Nicat Mənalının yeni mahnısı "Tələsmədən" YouTube'da yayımda.
Söz / bəstə : Nicat Menalı
Aranjıman : Farshid Milani

Arzulara çatmaq üçün
Göz yumub hər şeyə bütün
Qalxasan yuxudan hər gün
Səhər günəş oyanmadan

Vaxt qızıldır heç eyləmə
Ömrü boş-boş puç eyləmə
Bu dünyadan köç eyləmə
Bir yaxşılıq qazanmadan

Haram işlərdən uzaq qal
Zəhmətinlə dolan halal
Evinə təmiz çörək al
Bir kimsədən utanmadan

Nəqarət
Ömür gedir saat kimi
Geri dönmür dayanmadan
İz qoyub yaşayasan gərək
Tələsmədən, yubanmadan

#NicatMenali #Telesmeden #NicatMənalıTələsmədən