Nicat Mənalının yeni mahnısı "Darıxır Ürəklər Vətən Üçün" YouTube'da yayımda.
Söz/Mus: Nicat Mənalı
Aranjiman: Tural Mirəliyev
Rejissor Aperator: Ramil Huseynov
Montaj: Ramil Ibrahimov
Saz ifa: Rasim Qayibov
Sözləri:
Yayı, payızı dərdli, qubarlı
Qışı soyuğu şaxtalı, qarlı
Gecələri həsrət, intizarlı
Darıxır ürəklər vətən üçün
Qəriblik, ayrılıq amandır
Vətəndən uzağam haçandır
Yad ellərdə nə zamandır
Darıxır ürəklər vətən üçün
Qürbətdə yaşayıb alsan da həzz
Doğma eli eyləmir əvəz
Qəmlənirsən istər-istəməz
Darıxır ürəklər vətən üçün
Qəriblərin etdiyi arzu
Aldığım hava, içdiyim su
Ana diyarım, ata-baba yurdu
Darıxır ürəklər vətən üçün
Hər gün şadlıq təntənə
Lap dünyanı versinlər sənə
Qəriblikdə qəribsən yenə
Darıxır ürəklər vətən üçün
Hər tərəfi güldü, çiçəkdi
Azərbaycan həyat deməkdir
Ana vətənin döyünən ürəkdir
Darıxır ürəklər vətən üçün
#NicatMenali #DarixirUreklerVetenUcun #NicatDarixirUreklerVetenUcun