Quba rayonunun Dərk kəndində Mahur Məhərrəmova məxsus ümumi sahəsi 100 kvadratmetr olan üçotaqlı evdə yanğın olub.
Yanğın zamanı 4 nəfər xəsarət alıb. Onlardan bir nəfər, üz və əl nahiyəsindən yanıq xəsarətləri alan Rəhilə Məhərrəmova Qonaqkənd qəsəbəsindəki xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı evə bitişik tövlə də yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Evi yanan Mahur Məhərrəmovun iki oğlu Birinci Qarabağ müharibəsində şəhid olub.